Əsas məzmuna keç

Balaj Orban Peter Madyarı sərt tənqid edib: "Cib diktatoru"

Balaj Orban Peter Madyarı sərt tənqid edib: "Cib diktatoru"

Macarıstanın keçmiş baş nazirinin müşaviri Balaj Orban hazırkı hökumət başçısı Peter Madyarı psixoloji problemləri olmaqda və diktatorluq meyilləri göstərməkdə ittiham edib.

ru en

Macarıstanın Baş nazirinin siyasi müşaviri müxalif siyasətçi Peter sərt tənqid edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Balaj Orban bu barədə hesabında paylaşım edib.

Bildirilib ki, müşavir Peter Madyarı "cib diktatoru" adlandıraraq, onun parlamentdəki çıxışlarını kəskin tənqid edib. Balaj Orban iddia edib ki, Madyar saatlarla mənasız nitqlər söyləyir və özünü Kuba lideri Fidel Kastro ilə müqayisə edir.

Qeyd olunub ki, paylaşımda müxalifət sıralarında sənədlərin oğurlanması, deputatların söz azadlığının məhdudlaşdırılması və onlara qanunsuz həbs təhdidlərinin edilməsi ilə bağlı da iddialar yer alıb. Balaj Orban bildirib ki, Peter Madyarın çıxışlarını əks etdirən videolar onun davranışları barədə ictimaiyyətə fikir formalaşdırmaq imkanı verir.

Bildirilib ki, Macarıstanın daha əvvəl ölkədəki siyasi vəziyyətlə bağlı çıxışında rus yazıçısı Nikolay Çernışevskinin "Nə etməli?" romanına istinad edərək, macarların öz ölkələrində rahat yaşaması üçün atılmalı olan addımlardan danışıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…