"Macarıstan Ukraynaya hərbi yardım göstərmək və öz ərazisindən silah tranzitinə icazə vermək niyyətində deyil".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Peter Madyar deyib.
Madyar vurğulayıb ki, Budapeştin mövqeyi Ukraynaya silah tədarükünü, eləcə də silahların Macarıstan ərazisindən tranzitini istisna edir.
Qeyd edək ki, Peter Madyar iyul ayında Ankarada keçirilən NATO sammitində Macarıstanın yeni hökumətinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini, lakin ölkəyə silah tədarük etməyəcəyini bəyan etmişdi.