Əsas məzmuna keç

Magyar Macarıstan Prezidentini hədələdi

Magyar Macarıstan Prezidentini hədələdi

Tisza lideri Peter Magyar, dövlət başçısı Tamaş Şujok və Viktor Orbanın digər kadrlarına 31 mayadək vaxt verib. Seçki qalibinin kəskin ultimatumu və detallar...

en ru

Macarıstanın gələcək Magyar Tamaş Şujoku və bir neçə digər məmuru könüllü istefa verməsələr, vəzifələrindən azad edəcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki , bununla bağlı xarici KİV məlumat yayıb.

"Orbanın kuklaları 31 maya qədər könüllü olaraq vəzifələrini tərk edə bilərlər. Bu, Prezidentinə, Ali Məhkəmənin Prezidentinə, Milli Ədliyyə Orqanına, Konstitusiya Məhkəməsinin Prezidentinə və Baş Prokurora aiddir", - o qeyd edib.

Magyar əlavə edib ki, parlament seçkilərində Macarıstan xalqı tam siyasi transformasiyaya səs verib.

Xatırladaq ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçirilib . Tisza partiyası Macarıstan parlamentində 141 yer, Fidesz alyansı və Viktor Orbanın rəhbərlik etdiyi Xristian Demokrat Xalq Partiyası isə 52 yer qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…