Əsas məzmuna keç

Macarıstan Rusiya neftindən niyə imtina edə bilmir? - Səbəb

Macarıstan Rusiya neftindən niyə imtina edə bilmir? - Səbəb

Tisza Partiyası lideri Peter Magyar enerji şaxələndirilməsi və Drujba kəməri haqqında danışdı. Viktor Orbanın Ukrayna qərarı və seçki nəticələrinin detalları...

en ru

hələlik Rusiyadan neft tədarükündən imtina edə bilmir, lakin seçkilərdə qalib gələn Tisza Partiyası hökuməti mənbələrini şaxələndirməyə çalışacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Partiya lideri Peter Magyar bildirib: “Biz mənbələrimizi şaxələndirmək, mümkün qədər çox mənbədən və mümkün qədər ucuz qiymətə neft əldə etmək istəyirik... Əlbəttə ki, "Drujba" qalacaq, biz açıq şəkildə bildirmişik ki, Macarıstan indi ondan imtina edə bilməz, istəsə belə, hazırda neftindən tamamilə imtina edə bilməz”.

Qeyd edək ki, Drujba boru kəməri ilə ərazisindən keçən Rusiya neftinin tədarükündə yaranan fasilələr səbəbindən Viktor Orban Kiyevə 90 milyard avroluq kreditin verilməsini bloklayıb.

Məlumata görə, 12 apreldə keçirilən parlament seçkilərində Tisza Partiyası 199 mandatdan 138-ni qazanaraq üstünlük əldə edib, Fidesz partiyası isə 55 mandat alıb. Yekun nəticələrin 18 apreldə açıqlanacağı bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…