Əsas məzmuna keç

Bakının çoxmərtəbəli binada yanğın baş verib

Bakının çoxmərtəbəli binada yanğın baş verib

Nizami rayonu, T. Abbasov küçəsindəki binanın 15-ci mərtəbəsində alovlar yüksəlib. FHN sakinləri təxliyə edib, xəsarət alan var. Hadisənin təfərrüatları bizdə:

ru en

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, rayonu, T. küçəsində çoxmərtəbəli binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində şəraitinin qiymətləndirilməsi zamanı yanğının on səkkiz mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 71 kvadratmetr olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin 8 nəfər bina sakini təxliyə olunub.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…