Bakıda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında 100 metrlik maneə zolağını qətetmə yarışlarının qalibləri və mükafatçıları müəyyənləşib.
Noyabrın 5-də baş tutan kişilərin yarışında çinli Yanq Dinq Hao qızıl medal qazanıb. Rusiyalı Dmitri Qrebenşikov ikinci, belaruslu Danol Masalov isə üçüncü yeri tutub.
Qadınların mübarizəsində özbəkistanlı Maysara Yusupova birinci olub. Rusiyalı Arina Xvorstkina gümüş, onun həmyerlisi Olesya Tsenova isə bürünc medal qazanıb.
Bakıda kişilər arasında 21-ci, qadınlar arasında isə 12-ci dünya çempionatı keçirilir.