Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda hotel hovuzları neçəyədir? – Yay mövsümündə qiymət araşdırması

4 dəq
Paylaş:
Bakıda hotel hovuzları neçəyədir? – Yay mövsümündə qiymət araşdırması

Yay fəslinin gəlişi ilə paytaxt sakinləri və şəhər qonaqları sərinləmək üçün müxtəlif istirahət məkanlarına üz tuturlar. Dəniz çimərlikləri ilə yanaşı, hotellərin hovuz və SPA mərkəzləri də ən çox seçilən məkanlar sırasındadır. Xüsusilə bir günlük istirahət etmək istəyənlər üçün hotellər müxtəlif paketlər təklif edir. Araşdırmamız zamanı Bakıda fəaliyyət göstərən bir sıra məşhur hotellərlə əlaqə saxlayaraq hovuz və SPA xidmətlərinin qiymətlərini öyrəndik.

"Operativ Məlumat Mərkəzi-OMM" həmin araşdırmanı təqdim edir.

Məlum olub ki, otelin səviyyəsindən, təqdim olunan xidmətlərdən və həftə içi və ya həftəsonu olmasından asılı olaraq dəyişir.

Ən yüksək qiymətlər "Hyatt ""The Ritz-Carlton" hotellərində qeydə alınıb. "Hyatt Regency"də gündəlik istifadə həftə içi 100, həftəsonu isə 120 manat təşkil edir. "The Ritz-Carlton"da isə həftə içi və həftəsonu qiymətlər eyni olmaqla 100 manatdır.

Hyatt Regency Baku - Səyahətinizi Planlayın: Aviabiletlər, Otellər, Ekskursiyalar | Bütün Xidmətlər

"Four Seasons Baku" da premium seqmentdə yer alır. Burada hovuz, SPA və sauna daxil olmaqla bütün xidmətlərdən istifadə üçün bir nəfərdən 100 manat ödənilir və həftə içi ilə həftəsonu arasında qiymət fərqi yoxdur.

"Fairmont Baku"da qiymətlər həftə içi 65, həftəsonu isə 75 manatdır. "Hilton Baku"da isə bu məbləğ müvafiq olaraq 60 və 85 manat təşkil edir.H oteldən bildirilib ki, qiymətə hovuz, SPA, sauna və idman zalından istifadə daxildir.

Fairmont

Daha münasib qiymətlər "Marriott "“Marriott Boulevard” hotellərində müşahidə olunur. "Marriott Abşeron"da gündəlik giriş haqqı həftə içi 55, həftəsonu 60 manatdır. "Marriott Boulevard"da isə həftə içi 50, həftəsonu 55 manat ödəməklə SPA və digər xidmətlərdən yararlanmaq mümkündür.

Baku Marriott Hotel Boulevard Pool: Pictures & Reviews - Tripadvisor

Araşdırma zamanı ən sərfəli otellərdən biri kimi "Landmark" hoteli diqqət çəkib. Burada həm həftə içi, həm də həftəsonu qiymət 50 manatdır. "Badamdar Hotel & Residences"də isə gündəlik giriş haqqı 40 manat təşkil edir və qiymətlər günlərə görə dəyişmir. Otel müştərilərinə aylıq abunə paketləri də təklif edir. Belə ki, kişilər üçün aylıq üzvlük 195, xanımlar üçün isə 165 manatdır.

"InterContinental Baku"da hazırda yalnız qapalı hovuz fəaliyyət göstərir. Burada gündəlik istifadə haqqı 40 manatdır və qiymətə digər SPA xidmətləri də daxildir.

Araşdırmamızda ən münasib gündəlik qiymət isə Su İdman Sarayında qeydə alınıb. Burada bir günlük istifadə haqqı 25 manat, aylıq abunə isə 150 manatdır.

Beləliklə, Bakıda otellərin hovuz və SPA xidmətlərindən istifadə etmək istəyən şəxslər üçün qiymətlər 25 manatdan başlayaraq 120 manata qədər dəyişir. Seçim zamanı yalnız qiyməti deyil, təqdim olunan əlavə xidmətləri, hovuzun açıq və ya qapalı olmasını, həmçinin həftəsonu qiymət fərqlərini də nəzərə almaq tövsiyə olunur.

Otel / MərkəzHəftə içi (AZN)Həftəsonu (AZN)Qeyd
Fairmont Baku6575Hovuz və SPA
Four Seasons Baku100100Hovuz, sauna, SPA və digər xidmətlər daxil
Hilton Baku6085Hovuz, SPA, sauna və idman zalı daxil
Hyatt Regency Baku100120Bütün xidmətlər daxil
InterContinental Baku4040Qapalı hovuz, SPA xidmətləri daxil
Marriott Abşeron5560Hovuz və SPA
Marriott Boulevard5055SPA və digər xidmətlər daxil
The Ritz-Carlton Baku100100SPA və hovuz
Landmark Hotel Baku5050Həftə içi və həftəsonu eyni qiymət
Badamdar Hotel & Residences4040Aylıq abunə: kişilər 195 AZN, xanımlar 165 AZN
Su İdman Sarayı2525Aylıq abunə: 150 AZN

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Daha çox: Araşdırma

Hamısına bax