Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə ilə bağlı son vəziyyət açıqlanıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə ilə bağlı son vəziyyət açıqlanıb
17.04.2023 13:26
Aa
dəq

Ötən dövr ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ümumilikdə 38 726 hektarı minadan təmizlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

E.Hüseynovun sözlərinə görə, bu təmizlənməli olan ərazinin 16,4 %-dir:

“Çirklənmiş ərazi o qədər çoxdur ki, iki il yarım ərzində yalnız bu qədər ərazi təmizlənib. Bu zaman isə 57 876 mina və partlamamış hərbi sursat aşkar edilib. Müxtəlif rayonlarda bu göstərici fərqlidir. Təbii ki, Ağdam bu məsələdə öndə gedir.

Ağdamın 27,5 %-i, Füzulidə 25 %-dək hissəsi, Tərtərin 16,7 %-i, Xocavəndin 5,1 %-i, Xocalının isə 15,8 %-i minadan təmizlənib. Sual oluna bilər ki, niyə Xocalıda bu qədər yüksək göstərici var. Çünki Xocalının cəmi 6 kəndi bizim nəzarətimizdədir”.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu