Əsas məzmuna keç

Azərbaycanda ərzaq qiymətləri BAHALAŞA BİLƏR - XƏBƏRDARLIQ

Azərbaycanda ərzaq qiymətləri BAHALAŞA BİLƏR - XƏBƏRDARLIQ

bu barədə “İctimai Televiziya” (İTV) reportaj hazırlayıb.Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına...

en ru

Dünyada ərzaq qiymətləri yenidən yüksəlir. Azərbaycanda da bahalaşma davam edir. Lakin buğda bazarında ölkəmiz üçün fərqli vəziyyət yarana bilər. Rusiyada taxıl bolluğu və ixracla bağlı çətinliklər qiymətləri aşağı salır. isə Rusiyadan böyük həcmdə buğda idxal edir. Bəs bu vəziyyət Azərbaycanda çörək və un məmulatlarının qiymətinə təsir göstərə bilərmi?

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “İctimai Televiziya” (İTV) reportaj hazırlayıb.

Belə ki, Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2026-cı ilin avqustunda ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,9 faiz artıb. Taxıl, bitki yağları, ət, süd məhsulları və şəkər üzrə qiymət indekslərinin hamısında artım qeydə alınıb. FAO qlobal ərzaq bazarında , geosiyasi gərginlik və ticarət-logistika problemlərinin təklif gözləntilərinə təzyiq göstərdiyini bildirir.

040eb5e691e0707a.webp

Azərbaycanda da ərzaq qiymətlərində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Avqust ayında ərzaq qiymətləri aylıq 0,3 faiz, illik isə 7,2 faiz yüksəlib. Həmin ayda mal və qoyun əti, təzə balıq, bitki yağları, pomidor, soğan və bir sıra digər məhsullar bahalaşıb.

Amma taxıl bazarında mənzərə bir qədər fərqlidir.

Rusiyanın Qara dəniz və Azov dənizi sahillərində yerləşən limanlarına zərbələr ölkənin xarici ticarəti və taxıl ixracı ilə bağlı logistik problemləri artırır. Nəticədə Rusiyanın dünya bazarına taxıl çıxarması çətinləşir. Bu isə bazarda təklifə təzyiq yaradan amillərdən biri kimi qiymətləndirilir.

Украина поразила дронами танкеры «теневого флота» РФ в Черном море и терминал в Новороссийске. Казахстан и Турция протестуют - BBC News Русская служба

Digər tərəfdən, Rusiyanın daxilində taxıl bolluğu və ixrac imkanlarının məhdudlaşması yerli bazarda qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Bu vəziyyət Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki ölkəmiz Rusiyadan böyük həcmdə ərzaqlıq buğda alır.

Azərbaycanın Rusiyadan idxal etdiyi buğdanın əsas hissəsinin dəmir yolu ilə daşınması isə Qara dəniz limanlarında yaranan problemlərin ölkəmizin tədarükünə birbaşa təsirini məhdudlaşdırır.

Ekspertlərin fikrincə, Rusiyada yaranan bu vəziyyət Azərbaycana həm risk, həm də imkan yarada bilər.

Rusiyadan Azərbaycanın taxıl idxalı əsasən dəmir yolu nəqliyyatı vasitəsilə həyata keçirilir. Bu baxımdan Qara dəniz limanlarında yaranan logistika çətinliklərinin Azərbaycanın taxıl tədarükünə əhəmiyyətli təsir göstərməsi gözlənilmir.

Bununla belə, Rusiyada taxılın ucuzlaşması Azərbaycana idxal olunan buğdanın qiymətinin avtomatik olaraq eyni nisbətdə düşəcəyi anlamına gəlmir. İdxal qiymətinə dünya bazarındakı qiymətlər, logistika xərcləri, ixrac şərtləri və digər amillər də təsir göstərir.

Çörək Haqqında Hər Şey: Faydaları, Zərərləri, Hazırlanması, Növləri - 2026

Başqa sözlə, Rusiyada buğdanın ucuzlaşması Azərbaycanda çörəyin də ucuzlaşacağı anlamına gəlmir. Lakin bazar üçün müəyyən imkan yarana bilər.

Əgər Rusiya ixracda çətinliklərlə üzləşməyə davam edərsə və daxili bazarda taxıl təklifi artarsa, Azərbaycan daha əlverişli qiymətlərlə buğda əldə edə bilər. Bu isə un və un məmulatlarının qiymətlərinə təzyiqi azaltmaq imkanını yarada bilər.

Ekspertlər hesab edirlər ki, dünya bazarında taxıl qıtlığı və qiymət artımı davam edərsə, Azərbaycanın Rusiyadan dəmir yolu ilə daha münasib qiymətə buğda alması ölkəni qlobal bahalaşmanın müəyyən hissəsindən qoruya bilər.

Ancaq məsələ yalnız buğda ilə bitmir.

Buğdanın satış qiymətləri ən yüksək səviyyəyə çatıb

FAO-nun son məlumatları qlobal ərzaq bazarında qiymət təzyiqinin genişləndiyini göstərir. Avqustda qlobal ərzaq qiymətləri indeksi ilə yanaşı, taxıl, ət, süd məhsulları və şəkər üzrə qiymət indekslərində də artım qeydə alınıb.

Azərbaycanda da xüsusilə ət və bəzi süd məhsulları üzrə qiymət artımı diqqət çəkir. Dövlət Statistika Komitəsinin məlumatında avqust ayında mal və qoyun ətinin bahalaşdığı göstərilir.

Ekspertlər bu artımın səbəbləri arasında yerli heyvandarlıq istehsalındakı problemləri göstərirlər. Onların fikrincə, mal-qaranın sayının azalması həm ət, həm də süd istehsalına təsir edir. Nəticədə daxili bazarda təklif azalır və qiymət artımı üçün şərait yaranır.

Bu vəziyyətdə idxal isə bazardakı təzyiqi müəyyən qədər azalda bilər. Lakin uzunmüddətli həll kimi yerli istehsalın artırılması ön plana çıxır.

Ekspertlər qiymət artımının qarşısının alınması üçün bəzi ərzaq məhsullarına tətbiq olunan vergi və gömrük rüsumlarının azaldılması, hətta müəyyən hallarda sıfırlanması kimi mexanizmlərin nəzərdən keçirilə biləcəyini bildirirlər.

Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir? | Modern.az

Beləliklə, qarşıdakı dövrdə Azərbaycan ərzaq bazarında iki fərqli tendensiya üz-üzə qala bilər: dünyada ərzaq qiymətlərinin artması və Rusiyada taxıl bolluğunun yaratdığı ucuzlaşma imkanı.

Buğdanın qiymətində mümkün ucuzlaşma un və çörək bazarı üçün müəyyən fürsət yaratsa da, digər ərzaq məhsullarının qiymətinə təsir edən amillər qalır.

Ona görə də qarşıdakı aylarda əsas sual yalnız “buğda ucuzlaşacaqmı?” olmayacaq. Əsas məsələ qlobal bahalaşma fonunda Azərbaycanın ərzaq bazarında qiymətlərin nə dərəcədə sabit saxlanılacağı və daxili istehsalın tələbatı nə qədər qarşılaya biləcəyidir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…