Əsas məzmuna keç

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

güzəştlərin ləğv olunmasının un və un məhsullarının qiymətinə necə təsir göstərəcəyi hazırda əsas müzakirə mövzularından biridir.Məsələnin əsas...

en ru

Buğdanın idxalı və satışı, həmçinin ununun və çörəyin istehsalı və satışına tətbiq olunan güzəştlərinin müddəti 2027-ci il yanvarın 1-də başa çatır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, güzəştlərin ləğv olunmasının un və un məhsullarının qiymətinə necə təsir göstərəcəyi hazırda əsas müzakirə mövzularından biridir.

Məsələnin əsas məqamlarından biri Azərbaycanın buğda üzrə idxaldan asılılığıdır. Hazırda ölkənin buğda ilə özünü təminetmə səviyyəsi 55,4 faiz təşkil edir.

Buğdada idxaldan asılılıq 50 faizə düşüb

Mütəxəssislərin sözlərinə görə, əvvəlki illərdə Azərbaycanın buğda üzrə idxaldan asılılığı təxminən 70 faiz olduğu halda, hazırda bu göstərici 50 qədər azalıb.

Bildirilib ki, bu göstəricinin daha da aşağı salınması üçün taxılçılıqla məşğul olan fermerlərə müxtəlif güzəştlər və subsidiyalar verilir.

Lakin ölkənin daxili tələbatını tam şəkildə yerli hesabına təmin etməsi üçün hələ bir neçə il vaxt tələb oluna bilər.

Dünyada ən çox buğda istehsal edən ölkələr – SİYAHI | İqtisadiyyat.az

Buğda istehsalı artıb

2026-cı ildə buğda üzrə məhsuldarlıq 2021-ci illə müqayisədə 10,3 faiz, 2025-ci illə müqayisədə isə 8,4 faiz artıb. Məhsuldarlıq hektardan 36,3 sentnerə çatıb.

Bu il ölkədə buğda əkinlərinin ümumi sahəsi 460 min hektar, istehsal isə 1 milyon 605 min ton təşkil edib.

Buğda strateji ərzaq məhsulu olduğundan idxal daxili bazarda mövcud tələbatın tam və fasiləsiz təmin edilməsinə xidmət edir.

Çörək haqqında doğru bildiyimiz yanlışlar: Ən faydalı növ hansıdır? - Oxu.az

ƏDV güzəştləri daha 3 il uzadıla bilər?

Mütəxəssislərin hesab edir ki, dünya bazarında buğdanın qiyməti və Azərbaycanın hələ də idxaldan asılı olması nəzərə alınaraq, güzəştlərin müddətinin uzadılması mümkündür.

Onların sözlərinə görə, buğdanın idxalına tətbiq olunan ƏDV azadolmasının daha 3 il müddətinə uzadılması gözlənilir.

Bildirilir ki, güzəştlərin davam etdirilməsi qiymətlərin sabit qalmasına da töhfə verə bilər.

Çörəyin strateji ərzaq məhsulu olduğu və onun qiymətinin hökumət tərəfindən tənzimləndiyi də qeyd olunur.

Beləliklə, Azərbaycanda buğda istehsalı artsa da, daxili tələbatın tam ödənilməsi üçün idxala ehtiyac hələ də qalır. ƏDV güzəştlərinin müddətinin uzadılıb-uzadılmayacağı isə qarşıdakı dövrdə buğda, un və un məhsullarının qiymətləri baxımından mühüm məsələlərdən biri olacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…