Əsas məzmuna keç

Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu ilin oktyabr ayında sabit genişzolaqlı internetin orta sürətinə (57,62 MB/S) görə 158 ölkə arasında 93-cü qərarlaşıb ki, bu da sentyabra 3 irəliləyiş deməkdir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (30,48 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 89 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (316,99 MB/S), axırıncı yeri isə Kuba (2,84 MB/S) tutub.

Azərbaycan oktyabrda mobil internetin sürətinə görə isə sentyabr ayına nisbətən 6 pillə geriləyərək 55,90 MB/S sürətlə 111 ölkə arasında 54-cü olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (428,53 MB/S), sonuncu yeri isə Əfqanıstan (8,54 MB/S) tutub.

Hesabat ayında şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 205 şəhər arasında 58,31 MB/S sürətlə 118-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (327,63 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,90 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 71,54 MB/S sürətlə 158 şəhər arasında sentyabr ayına nisbətən 5 pillə geriləyərək 76-cı olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (478,83 MB/S), sonuncu yeri Herat (9,22 MB/S) tutub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…