Əsas məzmuna keç

Azərbaycan-Hindistan əlaqələrinin gündəliyi XİN-də müzakirə edilib

Azərbaycan-Hindistan əlaqələrinin gündəliyi XİN-də müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə geniş tərkibdə görüş keçirib. Bu barədə Xarici...

en ru

Azərbaycanın naziri Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə geniş tərkibdə görüş keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat yayılıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Hindistan münasibətlərinin tam gündəliyi, o cümlədən siyasi dialoq, ticarət, investisiya, , , turizm, təhsil, elm və mədəni əməkdaşlığı müzakirə edilib.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Limanının, Ələt Sərbəst İqtisadi Zonasının və digər sənaye zonalarının təqdim etdiyi imkanlar da vurğulanıb.

Müzakirələr, həmçinin regional və beynəlxalq hadisələri, BMT, AİTƏŞ və ŞƏT çərçivəsində əməkdaşlığı əhatə edib.

C.Bayramov həmkarını Cənubi Qafqazdakı hadisələr, Azərbaycan-Ermənistan normallaşma prosesi, etimad yaratma tədbirləri barədə məlumatlandırıb. Azərbaycanın azad edilmiş ərazilərində bərpa işləri və davam edən mina təhlükəsi də müzakirə olunub. Nazirlər, həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…