Əsas məzmuna keç

Avropada yay tətili pozulur? - Yanacaq çatışmazlığı xəbərdarlığı

Avropada yay tətili pozulur? - Yanacaq çatışmazlığı xəbərdarlığı

Politico: Yaxın Şərqdəki krizis reaktiv yanacaq qıtlığı və aviabiletlərin bahalaşmasına yol açır. Dan Jorgensen uçuşların ləğvi barədə xəbərdarlıq etdi.

en ru

ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində yaranan gərginlik Avropada təyyarə yanacağı çatışmazlığı ilə bağlı narahatlıqları artırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, “” nəşri Avropa Komissiyasının Energetika Departamentinə istinadən məlumat yayıb və bildirir ki, yaranmış vəziyyət Avropanın tətil mövsümünə ciddi təsir göstərə bilər.

Məlumata görə, Aİ-nin Enerji Komissarı Dan edib ki, Hörmüz boğazında hər hansı yumşalma olsa belə, bu yay yanacaq təchizatında ciddi yaxşılaşma gözlənilmir. O bildirib ki, Yaxın Şərqdəki neft infrastrukturunun münaqişə zamanı zədələnməsi vəziyyəti daha da ağırlaşdırır və yanacaq böhranının dərinləşməsi ehtimalı var.

Qeyd olunur ki, Avropada yanacaq qiymətlərinin artması artıq bir sıra uçuşların ləğvinə səbəb olub, eyni zamanda aviabiletlərin bahalaşması müşahidə edilir.

“Politico” daha əvvəl də yazmışdı ki, Avropa Komissiyasının Aİ ölkələrində reaktiv yanacaq ehtiyatları ilə bağlı dəqiq məlumatı yoxdur, çünki bu sahə əsasən özəl şirkətlər tərəfindən idarə olunur və məlumatların toplanması üçün vahid mexanizm mövcud deyil.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…