Əsas məzmuna keç

Avropada rus klassiklərinin 170-ə yaxın nadir kitabı oğurlanıb

Avropada rus klassiklərinin 170-ə yaxın nadir kitabı oğurlanıb

bu barədə “The Guardian” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, kitablar Almaniya, Latviya, Litva, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveçrə və...

2022-2023-cü illərdə Avropada rusiyalı müəlliflərin 170-ə yaxın kitabı oğurlanıb və nəticədə 3,3 milyon ziyan dəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The ” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, kitablar Almaniya, , Litva, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveçrə və Estoniya kitabxanalarından oğurlanıb. Oğrular əsasən Aleksandr Puşkinin (1799-1837) əsərlərini oğurlayıblar. 2022-ci ilin dekabrında Latviya hüquq-mühafizə orqanları DNT analizindən istifadə edərək şübhəli şəxsi müəyyən ediblər. Şübhəlinin Gürcüstan vətəndaşı Beqa olduğu məlum olub. Ondan Vyana, Vilnüs, Kiyev, Münhen və Parisdən kitabların bərpası üçün alətlər və kitabxana kartları götürülüb.

“The Guardian” yazır ki, Tsirekidze oğurluğa görə məhkum edilib və antikvar ticarətində iş təcrübəsi olub. O, təkbaşına və ya cinayətkar qrupun tərkibində fəaliyyət göstərdiyini söyləməkdən imtina edib və cinayətin sifarişçilərinin və ya təşkilatçılarının adlarını çəkməkdən imtina edib. 2023-cü ildə Polşada daha iki şübhəli saxlanılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…