Əsas məzmuna keç

Suriyalı illər sonra divarın arxasında qoruduğu kitabxanasına qovuşdu

Suriyalı illər sonra divarın arxasında qoruduğu kitabxanasına qovuşdu

2011-ci ildə Suriyadan ayrılarkən kitablarını qorumaq üçün kitabxanasını divarla bağlayan yaşlı kişi illər sonra evinə qayıdıb. Divar söküldükdən sonra yüzlərlə kitabın salamat qaldığı məlum olub.

en ru

vətəndaşı Amr bin Mustafa Alvan 2011-ci ilin oktyabrında devrilmiş rejimdən və müharibə təhlükəsindən qaçaraq Küveytə sığınmazdan əvvəl, Humus şəhərindəki evində yerləşən zəngin kitabxanasını mühafizə etmək üçün otağın girişinə xüsusi hörüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, təxminən 15 il sonra vətəninə qayıdan kişi əlində çəkiclə ördüyü kərpic divarı sökərək əvvəl gizlətdiyi nadir dini və fəlsəfi əsərlərdən ibarət kolleksiyasını yenidən gün işığına çıxarıb. Yayımlanan görüntülərdə yüzlərlə kitabın rütubətdən, tozdan və müharibənin dağıdıcı təsirlərindən tam qorunduğu, ilkin vəziyyətini olduğu kimi saxlaya bildiyi görünür.

Sosial mediada böyük maraq və duyğusal reaksiyalara səbəb olan bu hadisə, 2011-ci ildə başlayan daxili müharibə nəticəsində milyonlarla suriyalının ölkəni tərk etmək məcburiyyətində faciəvi dövrün simvolik mənzərələrindən biri kimi dəyərləndirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…