Əsas məzmuna keç

“Qarabağ” 15 ildən sonra ilk dəfə ardıcıl üç oyunda qol vura bilməyib

“Qarabağ” 15 ildən sonra ilk dəfə ardıcıl üç oyunda qol vura bilməyib
— Foto: Report.az

Ağdam klubu Misli Premyer Liqasında qol vura bilmədiyi oyunların sayını üçə çatdırıb. Komanda son 11 mövsümdə ilk dəfə ardıcıl dörd matçda qələbə qazana bilməyib.

en ru

“” Misli Premyer Liqasında qolsuz oyunlar seriyasını üçə çatdırıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda son 15 mövsümdə ilk dəfə ardıcıl üç qarşılaşmada qol vura bilməyib.

“Sabah” və “Qəbələ” ilə qolsuz heç-heçələrdən sonra Ağdam klubu XI turda “”a 0:1 hesabı ilə uduzub.

“Qarabağ” sonuncu dəfə 2011/2012 mövsümündə ardıcıl üç matçda fərqlənə bilməyib. Komanda 2011-ci il avqustun 21-də səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub etdikdən sonra sentyabrın 24-də AZAL-ı 3:1 hesabı ilə yenənədək üç oyunda qol vura bilməyib. Həmin müddətdə Ağdam klubu avqustun 27-də evdə “Qəbələ”yə, sentyabrın 17-də isə “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzub, sentyabrın 11-də Sumqayıtda eyniadlı komanda ilə 0:0 hesablı heç-heçə edib.

“Qarabağ”ın çempionatlarındakı ən uzun qolsuz seriyası dörd matçdır. Bu göstərici iki dəfə qeydə alınıb. Ağdam klubu daha bir oyunda qol vura bilməsə, antirekordunu təkrarlayacaq.

Komanda ardıcıl dörd oyunda qələbə qazana bilməməklə də son 11 mövsümdə ilk dəfə belə seriya ilə üzləşib. “Qarabağ” bu halla sonuncu dəfə 2015/2016 mövsümündə qarşılaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…