Operativ Məlumat Mərkəzi

Avropada istilik pik həddə çatıb

2 dəq
Paylaş:
Avropada istilik pik həddə çatıb
isti hava dalğasının əsarəti altında olan Cənubi Avropada hərarət pik həddə çatıb. Gün ərzində bəzi bölgələrdə temperaturun 45 dərəcəni ötəcəyi...

İtaliyanın Sardiniya adasında temperatur 46 dərəcəyə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, isti hava dalğasının əsarəti altında olan Cənubi Avropada hərarət pik həddə çatıb.

Gün ərzində bəzi bölgələrdə temperaturun 45 dərəcəni ötəcəyi proqnozlaşdırılır. İtaliyanın Sardiniya adasında temperaturun 46 dərəcəyədək yüksələcəyi gözlənilir. Sardiniya ilə yanaşı Siciliyada da hərarət 45 dərəcədən aşağı enmir. Meteoroloqlar əlverişsiz havanın qarşıdakı 10 gün boyunca davam edəcəyini bildiriblər.

Anomal istilər həmçinin İspaniyada da müşahidə olunur.

Sözügedən ölkədə ardıcıl bir neçə gündür ki, havanın temperatur 44 dərədəcəni ötür. İnsanlara mümkün qədər evdə qalmaları, günorta saatlarında çölə çıxmamaları tövsiyə edilib. Yunanıstanda isə kəskin istilər meşə yanğınlarına səbəb olub. Ölkənin cənub regionunda müşahidə olunan meşə yanğınlarının sahəsi genişlənib.

Dənizkənarında yerləşən 6 yaşayış məntəqəsindən əhalinin, o cümlədən, turistlərin təxliyəsi əmr olunub.

Qeyd edək ki, Avropanı cənginə alan isti hava dalğasının nə zaman səngiyəcəyi ilə bağlı proqnoz verilmir.

Ekspertlər isti dalğasının mütəmadi hal almasına səbəb kimi iqlim dəyişikliyini, Yerin orta illik temperaturunun 1.1 dərəcə yüksəlməsini göstərirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər