Finlandiyanın şimalında, Rusiya sərhədindən 100 kilometr aralıda 2000-dən çox hərbçi və 500 texnikanın cəlb olunduğu “Norter Spike 225” adlı artilleriya təlimi başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Manevrlərə Polşadan olan bölmə də daxil olmaqla 2200 hərbçi cəlb olunacaq”, - nəşrdə deyilir.
Təlimin məqsədi çətin erkən qış şəraitində artilleriya imkanlarını sınaqdan keçirmək və müxtəlif səviyyəli komandanlıq və artilleriya atəşi arasında qarşılıqlı əlaqəni məşq etməkdir.
Finlandiya Quru Qoşunlarının məlumatına görə, təlimlər noyabrın 25-dək Qərbi Avropanın ən böyüyü olan Laplandiyanın Rovajarvi poliqonunda keçiriləcək.
Təlimin birinci mərhələsi noyabrın 8-dən 16-dək həmin poliqonda baş tutub. Təlimin 200-ə yaxın hərbçisi iştirak edib.