ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) məlumatına görə, Ermənistan və Azərbaycanın ABŞ-dakı səfirləri Narek Mkrtçyan və Xəzər İbrahim ABŞ-də TRIPP layihəsinin müzakirələrində iştirak ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Palata Trampın "Beynəlxalq Sülh və Rifaha Doğru Yol" (TRIPP) təşəbbüsü ilə bağlı səfirlik səviyyəsində dəyirmi masa müzakirəsi keçirib. Qapalı müzakirədə Cənubi Qafqaz və Orta Asiyadan olan səfirlər, ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri və özəl sektor liderləri iştirak edib.
Müzakirə TRIPP-in infrastrukturun inkişafını necə sürətləndirə, regional əlaqəni gücləndirə və Orta Dəhliz boyunca ABŞ-nin davamlı iqtisadi mövcudluğunu necə möhkəmləndirə biləcəyinə yönəlib.