Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ASEAN XİN başçıları Manilada silsilə görüşlərə başladı

2 dəq
Paylaş:
ASEAN XİN başçıları Manilada silsilə görüşlərə başladı

Filippinin paytaxtı Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) nazirlərinin görüşü çərçivəsində silsilə tədbirlərə start verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ASEAN ölkələrinin xarici işlər nazirlərinin əsas iclası 21 iyulda keçiriləcək. 24 iyuladək Manilada assosiasiyanın tərəfdaşları, o cümlədən , Çin və ABŞ-ın iştirakı ilə danışıqlar, həmçinin Şərqi Asiya Sammitinə üzv ölkələrin XİN başçılarının iclası baş tutacaq.

Bundan əlavə, tədbir iştirakçıları 1976-cı ildə imzalanmış Cənub-Şərqi Asiyada Dostluq və Müqaviləsinin 50 illiyini qeyd edəcəklər.

Filippin Xarici İşlər Nazirliyinin ASEAN məsələləri üzrə nümayəndəsi Daks İmperialın sözlərinə görə, görüşün gündəliyinə regional , eləcə də enerji əməkdaşlığı, o cümlədən ASEAN-ın neft sənayesində təhlükəsizlik haqqında sazişinin ratifikasiyası məsələsi daxil edilib.

Tədbirlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Çinin xarici işlər naziri Van İ, ABŞ Marko Rubio, həmçinin Yaponiya, Hindistan, Yeni Zelandiya və Avropa İttifaqının nümayəndələrinin iştirakı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax