ABŞ dövlət katibi Marko Rubio Filippində keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının tədbirləri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşə hazır olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Bunun yekun şəkildə razılaşdırıldığına əmin deyiləm. Amma onlarla görüşməyə hazırıq. Əlbəttə”, - o qeyd edib.
ABŞ Dövlət Departamentinin daha əvvəl yaydığı məlumata görə, Marko Rubio iyulun 19–23-də Filippinin paytaxtı Manilada səfərdə olacaq.
Səfər çərçivəsində onun Asiya-Sakit okean regionunun bir sıra ölkələrinin rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın təsdiqlədiyi məlumata əsasən, Sergey Lavrov da iyulun 21-23-də Manilada keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının tədbirlərində iştirak edəcək.