Əsas məzmuna keç

Aprelin 1-də hava 25 dərəcə isti olacaq

Aprelin 1-də hava 25 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti Bakı və Abşeronda temperaturun yüksələcəyini, bölgələrdə isə hərarətin artacağını açıqladı. Bəs hansı ərazilərdə yağış yağacaq?

en ru

Aprelin 1-də Bakıda 21°, rayonlarda isə 25° isti gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi hava proqnozunu Milli Hidrometeorologiya Xidməti yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti olacaq. Dağlarda gecə 0-5° isti, gündüz 10-15°, bəzi yerlərdə isə 18° isti təşkil edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…