Azərbaycanda yağışlı hava şəraiti davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-sı və 7-də ölkə ərazisində fasilələrlə yağış yağacaq. Bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi, leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.
Hava proqnozu
-
Bu gün
21° 17°
yağış 87% -
Sabah
22° 19°
-
Birigün
22° 20°
Paytaxt Bakı və Abşeron yarımadasında da hava əsasən buludlu olacaq. Səhər saatlarında yağışın intensivləşəcəyi, gün ərzində isə yağıntıda müəyyən fasilələrin yaranacağı bildirilir. Axşam saatlarında yağışın yenidən güclənəcəyi gözlənilir.
Bakı və Abşeronda temperatur 8-22 dərəcə olacaq
Paytaxtda gecə saatlarında havanın temperaturu 8-13 dərəcə, gündüz isə 19-22 dərəcə isti olacaq.
Səhər və axşam saatlarında yağışlı hava ilə yanaşı duman da müşahidə oluna bilər.
Bölgələrdə leysan, dolu və qar ehtimalı
Bölgələrdə də yağışlı hava şəraiti davam edəcək. Oktyabrın 6-sı və 7-də bəzi rayonlarda yağıntıların intensivləşəcəyi, 7-si səhər və axşam saatlarında isə leysan xarakterli olacağı gözlənilir.
Bəzi ərazilərdə şimşək çaxması və dolu düşməsi ehtimalı var. Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacağı proqnozlaşdırılır.
Artıq bəzi yüksək dağlıq ərazilərdə, o cümlədən Kəlbəcər istiqamətində qar müşahidə olunub.
Bölgələrdə gecə saatlarında temperaturun 3-13 dərəcə, gündüz isə 19-23 dərəcə arasında dəyişəcəyi bildirilir. Yüksək dağlıq ərazilərdə temperatur daha aşağı olacaq.
Çaylarda sululuq artacaq – sel təhlükəsi var
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığına əsasən, Kiçik və Böyük Qafqazın dağlıq ərazilərindən keçən çaylarda, eləcə də Lənkəran-Astara bölgəsi və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarında sel və daşqın ehtimalı yüksəkdir.
Yağışlı hava nə vaxta qədər davam edəcək?
Proqnoza görə, yağışlı hava iki gün – oktyabrın 6-sı və 7-də davam edəcək. Daha sonra yağıntıda müəyyən fasilələrin yaranacağı, növbəti günlərdə isə yenidən iki gün ardıcıl yağış yağacağı ehtimal olunur.
Həftənin bazar günü havanın temperaturunun bir qədər yüksələcəyi gözlənilir.