Əsas məzmuna keç

Sabahın havası açıqlandı - DİQQƏT

Sabahın havası açıqlandı - DİQQƏT

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı gözlənilir. Bu barədə Milli...

en ru

Sabah Bakıda və yarımadasında bəzi yerlərdə arabir yağacağı, Azərbaycanın ərazilərində isə yağacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağışın ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Səhər yağıntılar tədricən kəsiləcək, gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 5-9, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti olacaq.

Hava proqnozu

14° Bakıda indiBuludlu
  1. Bu gün Arabir yağış 14° 12° yağış 66%
  2. Sabah Çiskin 14° 11° yağış 80%
  3. Birisi gün Buludlu 16° 13°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…