İngiltərə Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Çexiyanı 3:0 hesabı ilə məğlub edib. Oktyabrın 6-da keçirilən görüşdə Harri Keyn 40-cı və 57-ci dəqiqələrdə fərqlənərək dubl edib.
Matçdan sonra İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem kapitanı barədə danışıb. O, Keyni həm lider, həm də insan kimi xüsusi dəyərləndirdiyini bildirib.
Bellinqemin sözlərinə görə, Keyn İngiltərə millisinin formasını geyinmiş ən yaxşı futbolçudur və onunla eyni komandada oynamaq böyük şərəfdir. Yarımmüdafiəçi kapitanın qol vurmaqla yanaşı, müdafiəyə də kömək etdiyini və zaman keçdikcə daha da yaxşılaşdığını vurğulayıb. BBC Bellinqemin açıqlamasını yayıb.
İngiltərə növbəti turda noyabrın 12-də Xorvatiya ilə qarşılaşacaq. Həmin gün Çexiya İspaniya ilə oynayacaq.