Operativ Məlumat Mərkəzi

"Apple" Meksika körfəzinin adını dəyişdi

1 dəq
Paylaş:
"Apple" Meksika körfəzinin adını dəyişdi

"Google"dan sonra "Apple" da Donald Trampın sərəncamına uyğun olaraq ABŞ-dakı istifadəçilər üçün hazırladığı xəritələrdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Söhbət əksər "Apple" cihazlarında, o cümlədən "iPhone", "iPad" və "Mac"da quraşdırılan “Map” proqramından gedir.

Agentlik qeyd edib ki, "Apple" hələlik yalnız ABŞ istifadəçiləri üçün körfəzin adını dəyişib, lakin tezliklə onu bütün dünyada istifadəçilərə təqdim etməyi planlaşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər