Əsas məzmuna keç

Almaniya Trampdan "Qəzza Sülh Şurası"na qoşulmaq üçün dəvət alıb.

Almaniya Trampdan "Qəzza Sülh Şurası"na qoşulmaq üçün dəvət alıb.

Berlin Qəzza münaqişəsinin davamlı həlli üçün ABŞ-ın təşəbbüsü ilə yaradılan beynəlxalq şurada iştirak imkanlarını nəzərdən keçirir.

en ru

hökuməti ABŞ Prezidenti Trampın üzrə beynəlxalq " Şurası"nda iştirak etmək təklifini alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius brifinq zamanı məlumat verib.

Kornelius qeyd edib ki, Berlin münaqişənin uzunmüddətli həllinə töhfə vermək niyyətindədir:

"ABŞ Almaniyanı və digər dövlətləri beynəlxalq 'Sülh Şurası'nın yaradılmasında iştirak etməyə dəvət edib. Biz bu dəvətə görə minnətdarıq".

Onun sözlərinə görə, hazırda Almaniya tərəfi ABŞ və digər tərəfdaşları ilə birlikdə bu hədəfə necə nail olmağın yollarını müzakirə edir.

Almaniya rəsmisi həmçinin bildirib ki, yeni yaradılan strukturun Təşkilatının (BMT) nüfuzuna xələl gətirəcəyi ilə bağlı narahatlıqları bölüşmür. O, BMT-nin beynəlxalq böhranların həllində mərkəzi çoxtərəfli struktur olaraq qaldığını və qlobal böhranlar dövründə mühüm alət olduğunu vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…