Əsas məzmuna keç

Aİ Qəzza sülh prosesində fəal rol almaq istəyir

Aİ Qəzza sülh prosesində fəal rol almaq istəyir

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas birliyin Qəzzada sülhün təmin olunması və Rusiyaya qarşı yeni sanksiyalarla bağlı planlarını açıqlayıb.

en ru

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi birliyin həm Ukrayna-Rusiya münaqişəsi, həm də Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini diqqətə çatdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bildirib ki, nazirlər Rusiyaya qarşı 20-ci sanksiya paketini müzakirə edəcəklər.

Hazırda bu məsələdə tam konsensusun olmadığını qeyd edən rəsmi, "Biz lazımi təzyiqi davam etdirəcəyik" deyərək Aİ-nin qətiyyətini vurğulayıb.

O, həmçinin Rusiya-Ukrayna danışıqlarında kimin iştirak etməsindən daha çox, Rusiyanın hansı güzəştlərə gedəcəyinin önəmli olduğunu qeyd edib.

Aİ-nin Qəzzadakı prosesinin bir hissəsi olmaq istədiyini deyən Kallas, bu çərçivədə xüsusi missiyaların rolunu qabardıb.

O, "EUBAM Rafah" (Rəfah Sərhəd Yardım Missiyası) və "EUPOL COPPS" (Aİ-nin Fələstin Əraziləri Missiyası) layihələrinin regionda sabitliyin bərpası üçün həlledici ola biləcəyini vurğulayıb.

Kallasın sözlərinə görə, HƏMAS-ın tərksilah edilməsi üçün peşəkar Fələstin polisinə ehtiyac var və "EUPOL COPPS" bu sahədə böyük fayda verə bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…