Əsas məzmuna keç

Alexandro Qrimaldo yenidən "Barselona" ilə hallanır

Alexandro Qrimaldo yenidən "Barselona" ilə hallanır

"Bayer"in sol cinah müdafiəçisi Alexandro Qrimaldonun İspaniya nəhəngi "Barselona"ya qayıdacağı iddia edilir.

ru en

yenidən şayiələrinin mərkəzindədir. Onun Almaniyanın "Bayer" klubu ilə müqaviləsi gələn il başa çatır və sabiq "La Masia" yetirməsinin yenidən ""ya qayıdacağı ehtimal olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" "Sky Sport Switzerland" nəşrinə istinadən xəbər verir ki, Türkiyənin "" klubu artıq bu transfer üçün ciddi addımlar atıb.

Klubun idman direktoru Eduard Qraf 30 yaşlı futbolçu ilə görüşərək İstanbul təmsilçisindəki aparıcı rolunu müzakirə edib.

Bəzi mənbələr tərəflər arasında razılıq əldə olunduğunu iddia etsə də, "AS" nəşri Qrimaldonun qərar verməyə tələsmədiyini və hələlik yekun cavab vermədiyini bildirir.

"Barselona"nın rəsmi təklif irəli sürməsi klubdan Balde və ya Joao Kanselunun gedişindən asılı ola bilər. Transferin maliyyə tərəfləri də müzakirə mövzusudur:

Bəzi mənbələr "Bayer"in oyunçunu pulsuz itirməmək üçün 10-12 milyon avroya razılaşacağını qeyd edir.

"AS" isə Almaniya klubunun təxminən 20 milyon avro tələb etdiyini vurğulayır.

Transfer üzrə ekspert Matteo Moretto futbolçunun "Beşiktaş" və ya "Milan"la razılaşdığı barədə xəbərləri təkzib edərək, onun əsas hədəfinin "La Liqa"ya qayıtmaq olduğunu bildirib. Bu vəziyyət "Barselona" ilə yanaşı, "Atletiko"nun da transfer yarışına qoşulmasına şərait yaradır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…