Avropa İttifaqı Suriyaya qarşı yeni sanksiya paketini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyaya 25 şəxs və 8 şirkət daxil edilib.
Siyahıya, həmçinin “Captagon” şirkətinin də adı daxil edilib.
Bəyanatda sanksiya siyahısına əlavə edilənlər arasında Əsəd ailəsinin üzvləri, o cümlədən Bəşər Əsədin əmisi oğulları, rejim qüvvələri ilə əlaqəsi olan şəxslər, Əsəd ailəsinə və kəşfiyyata yaxın bəzi iş adamlarının olduğu qeyd edilib.