Əsas məzmuna keç

"Amazon" "21 Air" şirkəti ilə əməkdaşlığı dayandırdı - Səbəbi Mayamidəki qəzadır

"Amazon" "21 Air" şirkəti ilə əməkdaşlığı dayandırdı - Səbəbi Mayamidəki qəzadır

ABŞ-da baş verən Boeing faciəsindən sonra nəhəng şirkət radikal addım atdı. NTSB-nin araşdırdığı qəzada pilotların səhvləri və 5 nəfərin ölümü detalları.

ru en

"" bu ay Mayamidə ölümlə nəticələnən qəza törədən yük təyyarəsini istismar edən "21 Air" ilə əməkdaşlığını dayandırdığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Amazonun sözçüsü bildirib ki, şirkət faciəvi hadisədən sonra aparılan araşdırmaya dəstək verir və vəziyyəti nəzərdən keçirir.

Bu çərçivədə 21 Air ilə əməliyyatların dayandırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, sentyabrın 6-da "21 Air" tərəfindən istismar olunan “Boeing” yük təyyarəsi Mayami Hava Limanında uçuş-enmə zolağından çıxaraq avtomobillərə çırpılıb. Qəza nəticəsində 5 nəfər həyatını itirib, daha 5 nəfər yaralanıb.

BBC-yə açıqlama verən "21 Air" şirkəti hadisədən təəssüfləndiyini və istintaqla etdiyini bildirib. Şirkətin baş icraçı direktoru Kit Vinter qeyd edib ki, əsas prioritetləri hadisədən zərər çəkənlərə dəstək olmaq və səlahiyyətli qurumlara yardım göstərməkdir.

ABŞ Milli Təhlükəsizliyi Şurası (NTSB) qəza ilə bağlı araşdırmaya rəhbərlik edir. Şuranın müstəntiqləri hadisəyə səbəb olan amilləri müəyyənləşdirmək məqsədilə təyyarənin uçuş məlumatlarını qeydə alan cihazlarını aşkarlayıblar. İstintaq çərçivəsində məlum olub ki, təyyarədəki pilotlardan biri zolağı keçməzdən əvvəl digər pilota bir neçə dəfə təyyarənin sürətinin həddindən artıq yüksək olduğunu bildirib. Açıqlamaya görə, hündürlük siqnalının işə düşməsinə baxmayaraq, pilotlardan ardıcıl şifahi cavab alınmayıb.

Mayami rəsmiləri qəza nəticəsində ölən 5 şəxsin kimliyini açıqlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…