Əsas məzmuna keç

Avstraliya sosial media alqoritmlərini deaktiv etməyə hazırlaşır

Avstraliya sosial media alqoritmlərini deaktiv etməyə hazırlaşır

Anika Uells rəqəmsal təhlükəsizliyi gücləndirəcək qanun layihəsini açıqladı. Meta və TikTok-u nələr gözləyir? Şirkətlər ağır cərimələrlə üzləşə bilər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Avstraliyada vətəndaşlara platformalarında qarşılarına çıxan məzmunu müəyyənləşdirən alqoritmləri deaktiv etmək imkanı verilməsi planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, yeni qanun layihəsinin bu həftə parlamentə təqdim olunacağı gözlənilir.

Təklifə əsasən, istifadəçilər sosial media lentlərinin alqoritmlər tərəfindən fərdiləşdirilməsindən imtina edə biləcəklər.

Avstraliyanın rabitə naziri Anika Wells bildirib ki, yeni qaydalar texnologiya şirkətlərinin istifadəçilərə daha təhlükəsiz rəqəmsal mühit təqdim etməsini təmin etməyə yönəlib. Onun sözlərinə görə, "", "Google" və "" kimi şirkətlər istifadəçilərə alqoritmləri söndürmək seçimi təqdim etməsələr, ciddi cərimələrlə üzləşə bilərlər.

Wells qeyd edib ki, hökumət istifadəçilərin alqoritmik lentlərə “qoşulmaq” (opt-in) və ya “imtina etmək” (opt-out) imkanlarının necə tətbiq olunacağı ilə bağlı ekspert rəylərini nəzərə alacaq.

Nazir bildirib ki, məqsəd avstraliyalılara sosial media lentlərində hansı məzmunu görəcəkləri ilə bağlı daha çox seçim verməkdir. O, bir çox istifadəçinin alqoritmlərdən istifadə etməyə davam etmək istəyəcəyini, lakin bu seçimin məhz istifadəçinin özü tərəfindən edilməli olduğunu vurğulayıb.

Təklif müxalifət daxilində isə birmənalı qarşılanmayıb. Liberal Partiyanın lideri Angus Taylor təşəbbüsə “olduqca şübhə ilə” yanaşdığını bildirərək bunun senzura riski yarada biləcəyini deyib. O, hökuməti ilk növbədə 16 yaşdan aşağı şəxslərin sosial media istifadəsinə qoyulan qadağadakı problemləri aradan qaldırmağa çağırıb.

Wells isə ittihamları rədd edərək yeni qaydaların senzura ilə bağlı olmadığını bildirib. Nazirə görə, məqsəd böyük texnologiya şirkətlərinin platformalarındakı riskləri müəyyənləşdirməsi və həmin riskləri azaltmasıdır.

Yeni qanun layihəsinin yalnız alqoritmlərlə məhdudlaşmayacağı bildirilir. Platformaların yeme pozuntularını təşviq edən videolar da daxil olmaqla, zərərli məzmunun yayılmasının qarşısını almaq üçün əlavə məsuliyyət daşıması nəzərdə tutulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…