Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ məhkəməsi “Meta” və “TikTok”la bağlı şirkətlərin tələblərini rədd etdi

2 dəq
Paylaş:
ABŞ məhkəməsi “Meta” və “TikTok”la bağlı şirkətlərin tələblərini rədd etdi

ABŞ-də apellyasiya məhkəməsi “” və “”un dizaynından qaynaqlandığı iddia edilən zərərlə bağlı açılmış minlərlə işinin edilməsi barədə şirkətlərin tələbini geri çevirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, apellyasiya məhkəməsi “Meta” və “TikTok”un əleyhinə açılan işlərin dayandırılması ilə bağlı müraciətinə qərar verib.

Məhkəmə qərarında texnologiya şirkətlərinin işlərin hələ ilkin mərhələsində apellyasiya instansiyasına müraciət etdiyi bildirilib.

Qərarda şirkətlərini istifadəçilərin yaratdığı məzmundan irəli gələn hüquqi məsuliyyətdən böyük ölçüdə qoruyan ABŞ Kommunikasiya Əxlaqı Qanununun məhkəmə işlərinin bu mərhələdə dayandırılması üçün deyil, yalnız məsuliyyətə qarşı müdafiə məqsədilə istifadə oluna biləcəyi vurğulanıb.

Məhkəmə bu məsələ ilə bağlı apellyasiya səlahiyyətinə malik olmadığını bildirərək şirkətlərin tələbini rədd edib.

Qeyd edək ki, ABŞ-də “Meta”ya məxsus platformaların və “TikTok”un dizaynının istifadəçilərə zərər vurduğu iddiası ilə minlərlə məhkəmə işi açılıb. “Meta” və “TikTok” isə həmin işlərin dayandırılması üçün apellyasiya məhkəməsinə müraciət etmişdi.

ABŞ-də daha əvvəl baxılan başqa bir işdə münsiflər heyəti “Meta” və “YouTube”u bəzi istifadəçilərin psixi sağlamlığına təsirə görə qismən məsul hesab edib və 6 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax