Əsas məzmuna keç

Aİ Ermənistanla ticarət əlaqələrini genişləndirir: Yeni paket hazırlanır

Aİ Ermənistanla ticarət əlaqələrini genişləndirir: Yeni paket hazırlanır

Brüssel gömrük rüsumlarını azaltmaqla İrəvanın ərzaq ixracını dəstəkləyir. Fransa konyak məhsulları ilə bağlı narahatdır, bəs Avropa Komissiyası necə addım atacaq?

en ru

Avropa Komissiyası Rusiyanın məhsullarına tətbiq etdiyi məhdudiyyətlər fonunda İrəvanla əlaqələrinin genişləndirilməsi məqsədilə sürətləndirilmiş tədbirlər paketi hazırlayır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı bazarına çıxışını asanlaşdırmaq üçün rüsumlarının azaldılmasını nəzərdə tutan tədbirlər üzərində işləyir.

Avropa Komissiyasının sözçüsü Olof Gill “Financial Times”a açıqlamasında bildirib ki, yeni təşəbbüs Ermənistan şirkətləri üçün Aİ bazarındakı imkanları genişləndirməyə və məhdudiyyətlərindən ən çox zərər çəkən iqtisadi sektorları dəstəkləməyə yönəlib.

Qəzetin mənbələrindən birinin sözlərinə görə, hazırkı şəraitdə Ermənistanı dəstəkləmək və Avropa İttifaqının etibarlı tərəfdaş olduğunu nümayiş etdirmək vacibdir.

Bildirilir ki, Aİ-yə üzv dövlətlərin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edən paket təxminən 420 milyon avro dəyərində olan 20 məhsul kateqoriyasının böyük hissəsini əhatə edəcək.

Bununla yanaşı, bəzi Ermənistan məhsullarının Aİ rəsmiləri üçün əlavə müzakirələr doğurduğu qeyd edilir. Xüsusilə Ermənistanın əsas ixrac məhsullarından biri olan konyak məsələsi diqqət mərkəzindədir. Mənbələr bildiriblər ki, bu məhsulun Avropa bazarına çıxışı Fransa üçün həssas mövzulardan biri hesab olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…