Əsas məzmuna keç

Aİ enerji böhranı ilə bağlı vətəndaşlara müraciət etdi

Aİ enerji böhranı ilə bağlı vətəndaşlara müraciət etdi

Avropa İttifaqı Yaxın Şərq böhranı fonunda əhalini avtomobil və təyyarə reyslərindən az istifadəyə çağırır. Dan Jorgensen enerji qıtlığı barədə mühüm xəbərdarlıq etdi.

en ru

Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə baş verən hadisələrin təchizatına təsiri səbəbindən üzv ölkələrdən vətəndaşları daha az istifadə etməyə və daha az uçuş etməyə təşviq etmələrini istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Aİ-nin Enerji üzrə məsul üzvü Dan Yorgensen üzv ölkələrin enerji nazirlərinə Yaxın Şərqdəki vəziyyətin təsirləri barədə məktub göndərib.

Məktubda xüsusilə sektorunda enerji tələbatının azaldılmasına yönəlmiş könüllü tədbirlərin nəzərdən keçirilməsi xahiş olunub.

Hökumətlərdən vətəndaşları daha az avtomobil sürməyə və daha az uçuş etməyə təşviq etmələri istənilən məktubda, yanacağın daha vacib sahələrdə istifadə olunmasının əhəmiyyəti vurğulanıb.

Məktubda qeyd olunub ki, Yaxın Şərqdəki hadisələrin qlobal miqyasda enerji təchizatı böhranına çevrilə biləcəyindən narahatlıq var və hökumətlərin uzunmüddətli fasiləni nəzərə alaraq vaxtında hazırlıq görmələrinin vacibliyi bildirilib.

Həmçinin vurğulanıb ki, üzv ölkələr yanacaq istehlakını artıracaq, neft məhsullarının sərbəst dövriyyəsini məhdudlaşdıracaq və ya Aİ-dəki neft emalı zavodlarının istehsalını zəiflədəcək addımlardan çəkinməlidirlər.

Digər tərəfdən, Aİ-yə üzv ölkələrin enerji nazirləri enerji böhranına qarşı görüləcək tədbirləri müzakirə etmək üçün bu gün videokonfrans keçirəcəklər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…