Əsas məzmuna keç

Hörmüz böhranı Aİ-nin fosil yanacaq xərclərini 90 milyard avro artırıb

Hörmüz böhranı Aİ-nin fosil yanacaq xərclərini 90 milyard avro artırıb

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Hürmüz boğazındakı münaqişə Avropa İttifaqının idxal olunan fosil yanacaqlara xərclərini əlavə 90 milyard avro artırıb.

en ru

Avropa Komissiyasının rəhbəri Strasburqda Avropa Parlamentinin plenar iclasında “İttifaqın vəziyyəti” (State of the Union) mövzusunda çıxış edərək Avropa İttifaqının enerji təhlükəsizliyi və xarici asılılıq problemlərinə toxunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi məlumat yayıb.

Məlumata görə, fon der Lyayen enerji qiymətlərinin struktur olaraq yüksək qalmasının Avropanın sənaye rəqabət qabiliyyətinə ciddi zərbə vurduğunu bildirib. Rusiya qazından imtinadan sonra bərpaolunan və nüvə enerjisinə yatırımların artırıldığını xatırladan Aİ rəsmisi, Hörmüz boğazının bağlanması ilə başlayan böhranın Avropaya 90 milyard avro əlavə maliyyə yükü yaratdığını vurğulayıb. O, bu xərc müqabilində heç bir əlavə enerji həcmi əldə edilmədiyini diqqətə çatdıraraq, qalan tək çıxış yolunun yerli təmiz enerji mənbələrinə – bərpaolunan, nüvə və biometan resurslarına yatırımları sürətləndirmək olduğunu deyib.

Komissiya rəhbəri enerji müstəqilliyini təmin etmək üçün 2040-cı ilədək ümumi enerji istehlakında elektrik enerjisinin payını iki dəfə artırmağı hədəflədiklərini açıqlayıb. Bu addımın Aİ-nin illik idxalı xərclərini 260 milyard avro azaldacağını qeyd edən fon der Lyayen, şəbəkəyə qoşulmağı gözləyən 480 qiqavatlıq gücünün inteqrasiyası üçün infrastruktur investisiyalarının tezləşdirilməsinə çağırış edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…