Əsas məzmuna keç

Aİ-ABŞ ticarət sazişi hələ hazır deyil

Aİ-ABŞ ticarət sazişi hələ hazır deyil

Vaşinqton və Brüssel arasında iqtisadi tərəfdaşlıq üzrə danışıqlar uzanır. Tərəflər rüsumlar və yeni müqavilə şərtləri barədə hələ də ortaq məxrəcə gələ bilmirlər.

en ru

Avropa qanunvericiləri Avropa İttifaqı-ABŞ ticarət sazişinin həyata keçirilməsi üçün lazım olan qanunvericiliklə bağlı razılığa gəlməkdə irəliləyiş əldə ediblər, lakin sənəd hələ tam deyil.

“Operativ Məlumat Mərkəzi-OMM”-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin Ticarət Komitəsinin sədri Bernd Lange bildirib.

Onun sözlərinə görə, Aİ hökumət nümayəndələri ilə danışıqların ikinci mərhələsi layihənin bir sıra müddəaları üzrə fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edib. Xüsusilə, təminat mexanizmi, eləcə də sazişin nəzərdən keçirilməsi və qiymətləndirilməsi ilə bağlı mövqelərini yaxınlaşdırıblar.

Avropa Parlamentinin açıqlamasında deyilir ki, danışıqların növbəti mərhələsi mayın 19-da Strasburqda keçiriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…