Əsas məzmuna keç

Aİ 10 şəxsə və 17 təşkilata sanksiyalar tətbiq etdi

Aİ 10 şəxsə və 17 təşkilata sanksiyalar tətbiq etdi

Rüstəm Minnixanov və Şimali Koreyadakı düşərgələr də siyahıda: Aİ-nin uşaqların deportasiyası ilə bağlı qəbul etdiyi məhdudiyyətlərin təfərrüatları.

en ru

Avropa İttifaqı Şurası bu gün Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən fəaliyyətlərə görə 10 fiziki şəxs və 17 təşkilata qarşı tətbiq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, sanksiyalar Ukraynalı uşaqların sistemli və qanunsuz şəkildə Rusiyaya deportasiya edilməsində və məcburi köçürülməsində, eləcə də onların müvəqqəti işğal olunmuş ərazilərdə məcburi assimilyasiyasında iştirak edən fiziki və hüquqi şəxslərə qarşı yönəlib.

Aİ bildirir ki, bu fəaliyyətlər çərçivəsində uşaqlara ideoloji təsir göstərilməsi və onların hərbiləşdirilmiş təlimlərə cəlb olunması da həyata keçirilib.

Sanksiya siyahısına Moskva Şəhər Turizm Komitəsi, Rusiyada fəaliyyət göstərən bir sıra uşaq və idman düşərgələri, həmçinin Şimali Koreyada Songdowon Beynəlxalq Uşaq Düşərgəsi daxil edilib.

Aİ Şurasının məlumatına görə, ukraynalı uşaqlar və Şimali Koreyada yerləşən bu düşərgələrə aparılaraq onlara Rusiyayönlü təbliğatın aşılanmasına məruz qoyulublar.

Sanksiyalar həmçinin Tatarıstan Respublikasının prezidenti Minnixanova da şamil edilib. Bildirilir ki, o, ukraynalı uşaqların onun nəzarətində olan regiondakı düşərgələrə qanunsuz şəkildə aparılmasına kömək edib.

Aİ-nin qərarına əsasən, sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslərin aktivləri dondurulub. Avropa İttifaqı vətəndaşlarına və şirkətlərinə həmin şəxslərə və təşkilatlara maliyyə vəsaiti, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağan edilib.

Bundan əlavə, sanksiya tətbiq olunan şəxslərin Avropa İttifaqı ərazisinə daxil olması və ya Aİ ərazisindən tranzit keçməsi qadağan olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…