Əsas məzmuna keç

Ağsuda saxta məmur qadın saxlanıldı

Ağsuda saxta məmur qadın saxlanıldı

DİN onlayn dələduzluqda şübhəli bilinən Xəyalə Kərimovanı ifşa etdi. O, sosial müavinət və güzəştli mənzil vədi ilə vətəndaşların 8 min manatını mənimsəyib.

en ru

Ağsuda dələduzluq yolu ilə vətəndaşları aldadaraq onların pulunu ələ keçirməkdə şübhəli bilinən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə məlumat Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupu tərəfindən verilib.

Məlumata görə, saxlanılan şəxs özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edərək zərərçəkmişlərə yalan vədlər verib. O, əvvəlcədən ödəniş müqabilində vətəndaşları sosial və güzəştli mənzillə təmin edəcəyinə inandırıb.

Bu qanunsuz üsulla vətəndaşlardan ümumilikdə 8 min manatdan artıq vəsait əldə edilib.

Hazırda faktla bağlı başlanılıb və müvafiq araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…