Operativ Məlumat Mərkəzi

ABŞ və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişinin imzalanmasının şərtləri açıqlanıb

1 dəq
Paylaş:
ABŞ və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişinin imzalanmasının şərtləri açıqlanıb
bu barədə Amerika və Səudiyyə rəsmilərinə istinadən Wall Street Journal (WSJ) yazır. WSJ-nin məqaləsində qeyd edilir ki, saziş Səudiyyə Ərəbistanının...

ABŞ prezidenti Co Bayden administrasiyası və Səudiyyə Ərəbistanı krallığın İsraillə diplomatik əlaqələrinin normallaşdırılması müqabilində müdafiə sazişi imzalamağa yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Amerika və Səudiyyə rəsmilərinə istinadən Wall Street Journal (WSJ) yazır.

WSJ-nin məqaləsində qeyd edilir ki, saziş Səudiyyə Ərəbistanının mövqeyini yaxşılaşdırmalı və ABŞ-ın Yaxın Şərqdəki hərbi rolunu gücləndirməlidir. Müqaviləyə krallığın mülki nüvə proqramının inkişafına dəstək daxildir.

Razılaşma həmçinin Səudiyyə Ərəbistanının regional rəqibi olan İranla gərginliyi artıra və Rusiya ilə əlaqələri dərinləşdirə bilər.

WSJ-nin fikrincə, diplomatik səylərin uğuru İsrailin Fələstin dövləti yaratmaq və Qəzza zolağında müharibəni dayandırmaq əzmindən asılıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər