Birləşmiş Ştatlar Ukraynanın zədələnmiş sistemlərini təmir etmək üçün ona enerji avadanlıqlarının tədarükünü artırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Bu avadanlıq həm də respublikanın enerji sisteminin dayanıqlığını artırmaq üçün nəzərdə tutulub.
Avqustun 26-na keçən gecə və səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji sektoruna iri raket və pilotsuz təyyarələrlə hücum edib. Ukrayna prezidenti Vladimir Zelenski bunun ən böyük raket hücumlarından biri olduğunu bildirib. Respublikanın hər yerində elektrik və suda fasilələr qeydə alınıb, dəmir yollarının fəaliyyəti pozulub, Kiyev su elektrik stansiyasına da ziyan dəyib.