Əsas məzmuna keç

Britaniya İran hakerlərini elektrostansiyaya hücumda günahlandırır

Britaniya İran hakerlərini elektrostansiyaya hücumda günahlandırır

London rəsmiləri kiberhücumda Tehranın əli olduğunu iddia edir. Enerji şəbəkələrinə edilən bu təhlükəli müdaxilənin arxasında hansı qruplaşma dayanır?

en ru

İranla əlaqəli olmaqda şübhəli bilinən hakerlər Britaniyada kiçik stansiyasını sıradan çıxara biliblər, obyektin işi dörd gün iflic olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” "The Telegraph"a istinadən xəbər verir.

Hansı obyektə hücum edildiyi açıqlanmır.

Nəşrin məlumatına görə, hadisə Böyük Britaniyanın elektrik sisteminin bütövlükdə sabitliyinə təsir etməyib. Lakin hakimiyyət orqanları kiberhücum barədə Kiber Təhlükəsizlik Milli Mərkəzinə məlumat verib, şirkətləri rəhbərləri üçün təcili brifinqlər keçirib və şirkətlərə təhlükəsizliklərini gücləndirmək üçün tövsiyələr verib.

hakimiyyəti hesab edir ki, hücumun arxasında İranla əlaqəli haker qrupu dayanır.

Hücum ABŞ-nin su infrastrukturu obyektlərinə edilən bir sıra kiberhücumlarla eyni vaxtda baş verib. Bu hücumlar 12 ştata təsir edib və bəzi kommunal xidmətlərin operatorları müvəqqəti olaraq vacib məsafədən idarəetmə imkanlarını itiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…