Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

London Kiyevə yeni yardım paketi ayırdı

2 dəq
Paylaş:
London Kiyevə yeni yardım paketi ayırdı

Böyük hökuməti Ukraynaya infrastrukturunun bərpası və hərbi hazırlıq sahələrini əhatə edən yeni yardım paketi ayırdığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında dərc olunmuş bəyanatda bildirilib.

Məlumata görə, yardım paketinə elektrik şəbəkəsinin yenidən qurulması və əlavə istehsal gücünün təmin edilməsi üçün əlavə 20 milyon funt sterlinq (26,9 milyon dollar) daxildir. Qeyd olunub ki, London son dörd ildə Ukraynanın enerji sektorunun dəstəklənməsi üçün ümumilikdə 490 milyon funt sterlinqdən (661,3 milyon dollar) çox vəsait ayırıb.

Bundan başqa, cəbhə xəttinə yaxın yaşayış məntəqələrinə məqsədilə 5,7 milyon funt sterlinq (7,7 milyon dollar) ayrılıb. Paket çərçivəsində ukraynalı həkimlərin britaniyalı hərbi cərrahlar tərəfindən hazırlanması və ukraynalı helikopter pilotlarının təlimatçı kimi yenidən hazırlanması da nəzərdə tutulur.

Britaniya hakimiyyəti həmçinin üçün çoxmillətli qüvvələrin yaradılması çərçivəsində 70 nəfərlik qərargahın formalaşdırıldığını elan edib.

Bildirilib ki, Böyük Britaniyanın Kir Starmer fevralın 24-də Parisdə Emmanuel Makronun təşəbbüsü ilə çağırılan “könüllülər koalisiyası”nın iclasında iştirak edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax