Əsas məzmuna keç

Tramp ABŞ-nin enerji sistemi üçün fövqəladə vəziyyət elan etdi

Tramp ABŞ-nin enerji sistemi üçün fövqəladə vəziyyət elan etdi

Prezident Donald Tramp ölkənin enerji sistemini xarici təhdidlərdən qorumaq məqsədilə yeni fərman imzalayıb.

en ru

ABŞ Prezidenti ölkənin infrastrukturunun qorunması məqsədilə elan edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Ağ Evin rəsmi saytında yayımlanan fərmana əsasən, xaricdən idxal olunan avadanlıqlarının ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün ciddi risk yaratdığı bildirilib.

Sənəddə qeyd olunur ki, təhlükə həm ayrı-ayrı müqavilələrə, həm də müəyyən kateqoriyalara aid sövdələşmələrə şamil olunur. ABŞ enerji sisteminin təhlükəsizliyini, bütövlüyünü və etibarlılığını təmin etmək üçün əlavə müdafiə tədbirlərinin görülməsi zəruri hesab edilib.

Fərmana əsasən, xarici dövlətlərin və ya xarici vətəndaşların maraqlarının olduğu müəyyən növ elektrik avadanlıqlarının ABŞ-yə idxalı, alınması, ötürülməsi və quraşdırılması qadağan edilir.

Vaşinqton bu addımla enerji infrastrukturuna mümkün xarici müdaxilələrin və təhlükəsizlik risklərinin qarşısını almağı hədəfləyir.

Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-də vətəndaşlıq əldə etmək məqsədilə doğuş üçün ölkəyə gələn turistlərin qarşısını almağa yönəlmiş da imzalayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…