ABŞ ordusu Yəmənə növbəti zərbələr endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Qeyd edilib ki, hədəf husilərin silah anbarları olub.
Pentaqonun sözçüsü telekanala deyib ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri İran tərəfindən dəstəklənən husilərin çoxsaylı silah anbarlarına hava zərbələri endirib.
O, həmçinin bildirib ki, zərbələr Yəmənin husilərin nəzarətində olan ərazilərini hədəf alıb.