ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti ilə bağlı demokratların təqdim etdiyi təklifi rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “The Hill” məlumat yayıb.
Bildirilib ki, səsvermə zamanı 232 konqresmen təklifin əleyhinə, 147-si isə lehinə səs verib.
İmpiçment təşəbbüsünün müəllifi demokrat konqresmen El Qrin olub.
O, Trampı qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə həddindən artıq sərt üsullardan istifadə etməkdə ittiham edib.
Konqresmenin sözlərinə görə, bu siyasət nəticəsində ilin əvvəlində bir neçə mülki şəxs həyatını itirib.
Səsvermə zamanı təklifə yalnız respublikaçılar deyil, bəzi demokrat konqresmenlər də qarşı çıxıblar.