ABŞ Nümayəndələr Palatası demokratlar tərəfindən irəli sürülən və ABŞ prezidenti Donald Trampın Konqresin razılığı olmadan Venesuelada hərbi gücdən istifadə etməsinin qarşısını almağı hədəfləyən qətnaməni rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı ABC News məlumat yayıb.
"Aİ Gürcüstanla münasibətlərini yenidən nəzərdən keçirməyə çalışmır"
Məlumata görə, səsvermə zamanı qətnamə üzrə “lehinə” və “əleyhinə” səslər bərabər olub. Belə ki, hər iki tərəf 215 səs toplayıb.
Qətnaməni 213 demokratla yanaşı, iki respublikaçı da dəstəkləyib. Lakin səslərin bərabər olması sənədin qəbul edilməməsi ilə nəticələnib.
Qətnamədə prezidentə Venesueladan ABŞ Silahlı Qüvvələrinin çıxarılması tapşırılıb, yalnız müharibənin rəsmi elan edilməsi və ya hərbi gücdən istifadəyə dair konkret qanunvericilik icazəsi olduğu halda istisna nəzərdə tutulubmuş.