Əsas məzmuna keç

ABŞ-nin nəhəng gəmisində dənizçi güllələnərək öldü

ABŞ-nin nəhəng gəmisində dənizçi güllələnərək öldü

Virciniya ştatının Nyuport-Nyus limanında Gerald R. Ford sinfinə aid nüvə gəmisində baş verən silahlı insidentin təfərrüatları və şübhəlinin taleyi açıqlanıb.

ru en

Dəniz Qüvvələrinə məxsus USS John F. Kennedy təyyarədaşıyan gəmisində baş verən atışma nəticəsində bir dənizçi həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Stars and Stripes" ABŞ Dəniz Qüvvələrinin sözçüsünə istinadən məlumat yayıb.

Məlumata görə, hadisəni törətdiyi bildirilən dənizçi saxlanılıb. Lakin onun barəsində hələlik rəsmi ittiham irəli sürülməyib.

Bildirilir ki, hadisə hazırda Virciniya ştatının Nyuport-Nyus şəhərində limanda yerləşən USS John F. Kennedy gəmisində baş verib.

Qeyd edək ki, USS John F. Kennedy ABŞ Hərbi Dəniz Qüvvələrinin R. Ford sinfinə aid nüvə enerjisi ilə işləyən ikinci təyyarədaşıyan gəmisidir. Gəmi bu ilin fevral ayında ilk dəniz sınaqlarını uğurla başa vurub.

Hələ rəsmi olaraq Hərbi Dəniz Qüvvələrinə təhvil verilməyən təyyarədaşıyanın istismara verilməsinin 2027-ci ilin mart ayında həyata keçirilməsi planlaşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…