Əsas məzmuna keç

ABŞ-də süni intellektin rəsmi adı dəyişdirildi

ABŞ-də süni intellektin rəsmi adı dəyişdirildi

ABŞ administrasiyasının qərarı ilə rəsmi sənədlərdə “süni intellekt” əvəzinə “super intellekt” və “SI” terminlərindən istifadə məcburi olacaq. Donald Tramp aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə məsuliyyətli inkişaf üzrə razılaşma da imzalayıb.

en ru

ABŞ-də süni intellekt texnologiyasının rəsmi ifadəsi dəyişdirilib. Ağ Ev tərəfindən yayımlanan məlumat qeydində bildirilir ki, yeni qərar bütün nazirlik və dövlət qurumlarını rəsmi yazışmalarda, ictimaiyyətə açıqlamalarda, siyasət sənədlərində və hüquqi xarakter daşımayan digər sənədlərdə “” və “SI” terminlərindən istifadə etməyə məcbur edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.

Qərara əsasən, prezidentin elm və texnologiya üzrə müşavirinə texnologiyanın hazırkı vəziyyətini əks etdirən “super intellekt” anlayışının hazırlanması tapşırılıb.

Prezidenti aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə imzaladığı sənədi də sosial media hesabında paylaşıb.

“Ağ Ev Super İntellekt Razılaşması” adlı sənədə “Alphabet” şirkətinin baş icraçı direktoru , “Anthropic” şirkətinin CEO-su Dario Amodei, “Meta”nın rəhbəri Mark Zukerberq, “OpenAI” prezidenti Qreq Brokman, “xAI” şirkətinin CEO-su və “Nvidia”nın rəhbəri Censen Huanq imza atıblar.

Sənəddə şirkətlərin məsuliyyətli texnologiya inkişafına sadiq olduqları qeyd edilir. Bildirilir ki, hər bir şirkət öz texnologiyasını təhlükəsiz şəkildə və müştərilərlə ictimaiyyətin etimadını təmin edəcək formada inkişaf etdirməyə cavabdehdir.

Razılaşmada qabaqcıl modelləri hazırlayan və istifadəyə verən şirkətlərin texnologiyalarının nəzərdə tutulduğu kimi işləməsini təmin etmək üçün güclü daxili proseslərə və nəzarət mexanizmlərinə malik olmalarının vacibliyi vurğulanır.

Sənədə görə, mümkün problemlər dərhal müəyyən edilməli və aradan qaldırılmalıdır. Bu addımların şirkətlərə, müştərilərə və ictimaiyyətə texnologiyanın məqsədəuyğun işlədiyinə dair inam verəcəyi bildirilir.

Şirkətlərin sistemlərinin təhlükəsizliyini artırmaq üçün standartlar və ən yaxşı təcrübələri müəyyənləşdirmək məqsədilə müntəzəm görüşlər keçirəcəyi açıqlanıb. Sənəddə zamanla bu addımların qanunlara və ya qaydalara çevrilməsinin məqsədəuyğun ola biləcəyi qeyd olunur.

Şirkətlərin bu nəzarət və yoxlama mexanizmlərini tətbiq etməyə hazır olduqları, bunun hamı üçün təhlükəsiz gələcəyin təmin edilməsində mühüm rol oynadığı vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…