Əsas məzmuna keç

ABŞ Cənubi Koreyaya 6,2 milyard dollardan çox vəsait ayırıb

ABŞ Cənubi Koreyaya 6,2 milyard dollardan çox vəsait ayırıb

Departamenti F-15 qırıcılarının modernləşdirilməsi üçün Koreya Respublikasına 6,2 milyard dollardan çox olan avadanlığın mümkün satışını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, Seul F-15K döyüş təyyarələri parkını modernləşdirmək üçün avadanlıq və xidmətlərin alınmasını xahiş edib.

Paketə 96 kompüter, 70 radar, 70 elektron döyüş dəsti və 70 raket xəbərdarlığı sistemi daxildir. Mümkün əməliyyatın ümumi məbləği 6,2 milyard dollar təşkil edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…